Ötən həftə Britni Spirs nüfuzlu Calabasas bölgəsindəki malikanəsini 10,1 milyon dollara satıb.
Ucnoqta.az xəbər verir ki, b u barədə Mansion Global yazıb. Müğənni evi bir il əvvəl 11,8 milyon dollara almışdı.
Spirs evi iyun ayında alıb, lakin o, əri Sem Əsgəri ilə birlikdə malikanəni çox özəl bir yerdə olmadığı üçün tezliklə tərk edib.
Ev Aralıq dənizi üslubunda tikilib və yaşayış sahəsi 1 min kv.m-dən bir az artıqdır. Mülkdə fəvvarələr, kirəmitli hovuz, cakuzi, şəlalələr, barbekü sahəsi və bir yataq otağı olan qonaq evi var.