NATO Helsinkinin müvafiq tələbi olmadan Finlandiyaya heç bir qoşun yeritməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.
“Bu, Finlandiyanın qərarı olacaq. Finlandiya tərəfinin razılığı olmadan Finlandiyada NATO qoşunları olmayacaq”, - deyə təşkilatın baş katibi söz verib.
O, həmçinin əlavə edib ki, Helsinki alyansa inkişaf etmiş hərbi sənaye və yüksək peşəkar ordu gətirəcək.