AEBA-nın baş direktoru Rusiyaya gəlir

13:09 - 4 Aprel 2023 - DÜNYA

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) baş direktoru Rafael Qrossi “yaxın bir neçə saat ərzində” Rusiyaya səfər etməlidir.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Romada Xarici Mətbuat Assosiasiyasında mətbuat konfransı zamanı bildirib.

İtaliyanın xarici işlər naziri xatırladıb ki, bazar günü o, Qrossi ilə telefon danışığı aparıb, söhbət zamanı onlar, xüsusən də Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonası yaradılması ideyasını müzakirə ediblər.

Tacaninin fikrincə, sülhə nail olmaq üçün Ukrayna və Rusiya arasında görüşə nail olmaq lazımdır, lakin bu, ədalətli olmalıdır.

Xəbər xətti