Avropa Ukraynaya hərbi yardım üçün 13 milyard dollar ayırıb - Blinken

12:39 - 4 Aprel 2023 - DÜNYA

Münaqişə zamanı ABŞ-ın avropalı tərəfdaşları Ukraynaya hərbi yardım üçün 13 milyard dollar ayırıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Aİ-nin xarici xidmətinin rəhbəri Cozep Borrellə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"ABŞ və Aİ Ukraynanın özünü müdafiə edə biləcəyinə əmin olmaq üçün əməkdaşlığı davam etdirir. Avropalı tərəfdaşlar Ukraynaya 13 milyard dollar hərbi yardım, ukraynalı qaçqınlara kömək üçün on milyardlarla humanitar və iqtisadi yardım yardım ayırıblar" - Blinken qeyd edib.

Xəbər xətti