Martın 5-də Bakıda Ramana qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan Əfsanənin anası ARB telekanalında yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, tanınmış aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində Yusifova Əfsanə Cəmaləddin qızının itkin düşdüyü barədə məlumat verib. Verilişə qızını axtarmaq üçün müraciət edən Əfsanənin anası qızının mart ayın 5-də saat 4 radələrində paltar asmaq adı ilə evdən çıxdığını və qayıtmadığını bildirib. Qadının sözlərinə görə, qızı bir qoca qadına baxmaq üçün evdən qaçıb. Buna görə qızını danladığını döydüyünü deyən ana, onun çox saf və avam olduğunu bildirib.
Qaçdiqdan 3 gün sonra da zəng edib qadının yanında olduğunu və uşaqlarını da yanına gətirəcəyini bildirib və bundan sonra da qızla əlaqələr kəsilib.
Aytac