Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi çərçivəsində paket sazişlərin icrasını, həmçinin Suriyadakı vəziyyəti müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin aprelin 3-də aparılmış danışıqların yekunlarına dair hesabatında deyilir.
Nazirliyin hesabatında bildirilir ki, 2022-ci il iyulun 22-də İstanbulda bağlanmış paket sazişlərinin - Ukrayna ərzaq məhsullarının ixracına dair Qara dəniz təşəbbüsünün və yerli kənd təsərrüfatı məhsullarının ixracının normallaşdırılmasına dair Rusiya-BMT memorandumunun icrası məsələlərinə baxılıb. Qeyd edilib ki, yalnız Hər iki sazişin bir-biri ilə birlikdə tam və vicdanla yerinə yetirilməsi qlobal ərzaq təhlükəsizliyinə təhdidlərin azaldılmasına və Afrika, Asiya və Latın Amerikasının ən həssas ölkələrinə dəstək verməyə kömək edəcək.