ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Suriyada Avropada terror aktlarının planlaşdırılmasına cavabdeh olan beynəlxalq terror təşkilatı "İslam Dövləti" qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Xalid Ayad Əhməd əl-Caburi Avropa ölkələrində terror aktları hazırlayırdı. ABŞ hesab edir ki, onun ölümü İŞİD-in müvəqqəti olaraq xaricdə hücumlar planlaşdıra bilməyəcəyinə gətirib çıxaracaq.
Əməliyyat zamanı mülki şəxslərdən xəsarət alanın olmadığı bildirilir.