Rusiya ordusunun Ukraynada itkiləri artıb

10:30 - 4 Aprel 2023 - DÜNYA

Ukraynada Rusiya silahlı qüvvələrinin canlı qüvvə itkiləri artıb.  

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, ötən gün daha 530 rusiyalı hərbiçi döyüşlərdə həlak olub. Ötən ilin fevral ayında başlayan müharibədən indiyə qədər Rusiya ordusunun canlı qüvvə itkilərinin ümumi sayı 175690-a çatıb.  

Həmçinin, ötən gün Rusiya ordusu 8 tank, 6 zirehli texnika, 3 artilleriya sistemi, 1 MLRS, 15 PUA, 9 maşın itirib.

Xəbər xətti