Sankt-Peterburqdan Samaraya uçan təyyarə Kurumoç hava limanına enərkən quşlarla toqquşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Eniş normal keçib, nəticədə xəsarət alan olmayıb.
Hadisənin səbəbləri və şəraiti araşdırılır.