Meksikada 5,3 bal gücündə zəlzələ olub

08:15 - 4 Aprel 2023 - DÜNYA

 Meksikanın Oaxaka ştatında 5,3 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin episentri Puerto Eskondido şəhərindən 49 km şimal-şərqdə yerləşib. Mənbə 42 km dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti