Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrel Kiyevə dəstək verilməsi məsələlərini müzakirə etmək üçün bazar ertəsi Brüsseldə ukraynalı həmkarı Dmitri Kulebanı qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Borrel öz Twitter səhifəsində yazıb:
"Dostum Dmitri Kulebanı bu axşam Aİ-nin Ukraynaya dəstək üzrə işini nəzərdən keçirmək üçün Aİ Xarici İşlər Xidmətinin iqamətgahında salamlamaqdan məmnunam. Biz lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik", - deyə o, qeyd edib.
Borel əlavə edib ki, digər vəzifə Rusiyaya xüsusi hərbi əməliyyatı dayandırmağa məcbur etmək üçün təzyiq göstərməkdir.