ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

20:29 - 3 Aprel 2023 - DÜNYA

ABŞ həftənin sonuna qədər Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Siz, şübhəsiz ki, bizim Ukraynaya əlavə hərbi yardım paketləri ayırmağımızı görməyə davam edəcəksiniz. Və məncə, bu həftə onlardan daha birini görəcəksiniz. Bunun vaxtı ilə bağlı konkret məlumatım yoxdur", - Ağ Evin sözçüsü bildirib.

Xəbər xətti