Norveç və Danimarka Ukraynaya 8 min artilleriya mərmisi verəcək

18:06 - 3 Aprel 2023 - DÜNYA

Norveç və Danimarka hökumətləri Ukraynaya 8000 artilleriya mərmisi vermək üçün əməkdaşlığa razılaşıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. Məlumata görə, əməkdaşlıq çərçivəsində Oslo 155 mm-lik artilleriya mərmiləri, Kopenhagen isə onlar üçün müvafiq qoruyucular göndərəcək.

Qeyd olunu ki, bu yardım Danimarkanın 19 ədəd Sezar özüyeriyən haubitsasını Ukraynaya təhvil vermək qərarını tamamlayacaq.

Xəbər xətti