NATO ölkələri Ukraynaya 65 milyard avro dəyərində silah verib

17:34 - 3 Aprel 2023 - DÜNYA

NATO ölkələri Ukraynaya 65 milyard avro dəyərində silah verib və hazırda çoxillik hərbi təchizat proqramı hazırlayır.

Ucnoqta.az xəbər verir ki, bunu Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin aprelin 4-5-də keçiriləcək görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

"Müttəfiqlər Ukraynaya 65 milyard avro hərbi yardım edib və mən müasir tankların və zirehli transportyorların Ukraynaya gəlməyə başlamasını alqışlayıram. Biz Ukrayna Silahlı Qüvvələrini gücləndirməklə dəstəyimizi necə artıracağımızı müzakirə edəcəyik”, - deyə o, ölkələrin xarici işlər nazirlərinin görüşü ərəfəsində bildirib.

Stoltenberqin sözlərinə görə, NATO-nun Kiyevə dəstəyi uzun müddət üçün nəzərdə tutulub. 

Xəbər xətti