Elon Musk "New York Times"ın "Twitter"dəki mavi işarəsini götürdü

12:34 - 3 Aprel 2023 - DÜNYA

New York Times (NYT) doğrulama işarəsi üçün ödəniş etməkdən imtina etdikdən sonra Twitter-də mavi işarəsini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

NYT, əvvəllər pulsuz olan doğrulama işarəsinə sahib olmaq imtiyazına görə ayda 8 dollar ödəməyi təklif edən Twitter Blue-nun yeni abunə təklifinə açıq şəkildə qarşı çıxan ilk media orqanlarından biri idi. Qəzetin əsas Twitter hesabının 55 milyona yaxın izləyicisi var.

“Twitter”in rəhbəri İlon Mask NYT-nin qərarını “riyakarlıq” adlandıraraq, qəzetin hər yerdə reklam etməkdən çəkinmədiyi öz abunə xidmətinin olduğunu qeyd edib.

Qeyd edək ki, Twitter 2023-cü il aprelin 1-dən ödənişli Twitter Blue proqramına qoşulmaq istəməyən istifadəçilərdən mavi yoxlama işarələrini siləcək.

Xəbər xətti