Avropa Komissiyasının sədri Von der Leyen Çinə səfər edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çinə rəsmi səfər edəcək.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninqin sözlərinə görə, tərəflərin razılaşmalarına əsasən, avropalı rəsminin səfəri aprelin 5-7-də baş tutacaq.