Polşa ilk "MiQ-29"ları Ukraynaya təhvil verib
Ucnoqta.az xəbər verir ki, bunu RMF FM-ə şərhində Polşa prezidentinin beynəlxalq siyasət idarəsinin rəhbəri Marçin Pşidaç deyib.
“Artıq bir neçə MiQ göndərilib" - o, qeyd edib.
Qeyd edək ki, Polşa və Slovakiya Ukrayna Silahlı Qüvvələri üçün MiQ-29-ların birgə tədarükü barədə razılığa gəliblər. İki ölkə Ukraynaya 23 döyüş təyyarəsi təhvil verəcək.