Fransa prezidenti Emmanuel Makron aprelin 5-7-də Çinə dövlət səfəri edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin məlumat verib.
Məlumata görə, Makron Çinə səfəri zamanı Ukraynadakı vəziyyəti Çin rəhbərliyi ilə müzakirə etməyi və Pekinə Rusiyanın hərbi dəstəyinə qarşı xəbərdarlıq etməyi planlaşdırır.