Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek Almaniyanın işgüzar dairələrinin nümayəndələrindən ibarət kiçik nümayəndə heyəti ilə bazar ertəsi səhər Kiyevə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Səfər təhlükəsizlik baxımından gizli saxlanılıb. Məlumata görə, səfərin əsas mövzuları Ukraynanın bərpası və enerji sektorunda əməkdaşlıq olacaq.
Naziri Almaniya Sənaye Birliyinin rəhbəri Ziqfrid Rusvurm müşayiət edir.