"Qapılarımız onun üzünə bağlıdır" - Ərdoğandan ABŞ səfirinə sərt sözlər

06:14 - 3 Aprel 2023 - DÜNYA

Türkiyə lideri Ceff Fleykin müxalifət Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə təmaslarının qəbuledilməzliyindən danışıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykə qapılarının bağlı olduğunu deyib:

"Baydenin səfiri nə edir? O, gedib cənab Kamala baş çəkir. Ayıb olsun, başınızla düşünün. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz prezidentdir. Bundan sonra qapılarımız onun üzünə bağlıdır. Niyə? Səfirin necə işləməli olduğunu bilməlidir" - deyə Ərdoğan qeyd bildirib.

Xəbər xətti