ABŞ-ın bir neçə ştatını vuran və onlarla tornado ilə müşayiət olunan fırtınalar nəticəsində ölənlərin sayı 30-a çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, ən çox ölüm halı Tennessi ştatında qeydə alınıb - 13 nəfər, həmçinin Arkanzas və İndiana ştatlarında, hər birində 5 nəfər ölüb.