Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinləri arasında danışıqlar aprelin 3-də keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, artıq bütün nümayəndə heyətləri Moskvaya gəlib. Sabah xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr aparılacaq.