Bu vəzifələrə işə qəbul müsabiqəsinin test imtahanı keçirildi - FOTO

16:36 - 1 Aprel 2023 - ÖLKƏ İÇİ

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində təsərrüfat müdiri, laborant, kitabxanaçı, kargüzar, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

İdarədən Ucnoqta.az-a verilən məlumata görə, 4 mərkəzdə təşkil olunan test imtahanında 520 nəfər iştirak edib.
İmtahanda təsərrüfat müdiri, laborant, kitabxanaçı, kargüzar, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə namizədlərə 50 test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib.

Qeyd edək ki, test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.


Xəbər xətti