Putin Latviya və Estoniyadakı səfirləri istefaya göndərib

12:57 - 31 Mart 2023 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Latviyadakı səfiri Mixail Vanin və Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipayevin vəzifələrindən azad edilməsi haqqında fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, sənədlər rəsmi hüquqi informasiya portalında dərc edilib.

Lipayev fevralın əvvəlində Rusiya Estoniya tərəfinin hərəkətlərinə cavab olaraq bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqdan sonra Estoniyanı tərk edib.

O zaman Latviya da Estoniya ilə həmrəylik nümayiş etdirərək Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib.

Xəbər xətti