Çağırışa çağırılan hərbi qulluqçular xüsusi təyinatlı hərbi əməliyyat zonasına göndərilməyəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya MN-nin Baş Qərargahın Baş Təşkilat-Səfərbərlik İdarəsinin rəisi Vladimir Tsimlyanski deyib. O, bildirib ki, müqaviləli hərbi qulluqçuların və səfərbər edilmiş hərbçilərin sayı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kifayətdir.
"Xüsusi hərbi əməliyyat zonasına çağırılan bir dənə də olsun hərbi qulluqçu göndərilməyəcək. Bu gün müqaviləli hərbçilərin və səfərbər edilmiş hərbçilərin sayı onların qarşısına qoyulan vəzifələrin həlli üçün kifayət qədərdir", - o, canlı efirdə deyib.