Hindistanda məbəd faciəsində ölənlərin sayı 35-ə çatıb

10:34 - 31 Mart 2023 - DÜNYA

Hindistanın İndor şəhərində bir qrup dindarın məbəddə pilləli quyuya düşməsi nəticəsində ölənlərin sayı artıb.

Ucnoqta.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 35-ə çatıb, bir nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, faciə günorta radələrində möminlər Vişnu tanrısının avatarlarından biri kimi hörmət edilən əfsanəvi kral Ramanın zühur gününü qeyd etmək üçün İndordakı hindu məbədinə toplaşarkən baş verib. Eni bir neçə metr olan quyunun qapağı yıxılan çoxlu sayda insanın ağırlığına tab gətirə bilməyib.

Xəbər xətti