Yaponiya və ABŞ Hərbi Hava Qüvvələrinin birgə təlimini keçirib

08:48 - 31 Mart 2023 - DÜNYA

Yaponiya və ABŞ hərbçiləri Amerikanın B-52 strateji bombardmançılarının iştirak etdiyi birgə Hərbi Hava Qüvvələri təlimi keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandanlığı məlumat yayıb.

Taktiki qarşılıqlı fəaliyyətin həyata keçirildiyi təlimlər martın 30-da Yaponiya və Şərqi Çin dənizləri üzərində səmada baş tutub.
Onlarda Yaponiya tərəfdən 12 "F-15" qırıcısı və 4 "F-2" qırıcısının,  BŞ tərəfdən isə 2 "B-52" strateji bombardmançı təyyarəsinin iştirak etdiyi qeyd edilir.

Xəbər xətti