Yaponiya bütün raketdaşıyıcıların buraxılışını dayandırıb

06:27 - 31 Mart 2023 - DÜNYA

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi ölkədə mövcud olan bütün buraxılış aparatlarının buraxılışını dayandırıb.

Ucnoqta.az xəbər verir ki, Yerli “Yomiuri Shimbun” qəzetinin yazdığına görə, qərar ən son ağır yük raketdaşıyıcı H3-ün son uğursuzluğu fonunda verilib.

Belə ki, bu ilin may ayına planlaşdırılan H2 daşıyıcı raketinin 47-ci buraxılışı ən azı yaya qədər təxirə salınıb. 

Xəbər xətti