Stoltenberq Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb

04:53 - 31 Mart 2023 - DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə parlamentinin Finlandiyanın alyansa daxil olması ilə bağlı protokolu ratifikasiya etmək qərarını alqışlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Stoltenberq Twitter hesabında yazıb:

“Finlandiyanın üzvlük üçün ratifikasiya prosesini tamamlayan Türkiyə Böyük Millət Məclisinin səsverməsini alqışlayıram”.

NATO-nun baş katibi həmçinin qeyd edib ki, Finlandiyanın qoşulması alyansı “daha ​​güclü və təhlükəsiz” edəcək.

Bundan əvvəl Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. TBMM-nin bütün 276 iştirakçısı bu qərarı dəstəkləyib.

Xəbər xətti