"The Wall Street Journal"nın amerikalı müxbiri Evan Qerşkoviçin həbsi fonunda ABŞ administrasiyası ABŞ vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
"İndi bunun qarşısını almaq üçün ən yaxşı vasitəmiz amerikalıları Rusiyaya səyahət etməkdən çəkindirməkdir və biz bu barədə aydın olmağa davam edəcəyik" - o, deyib.
Qeyd edək ki, bundan əvvəl Qerşkoviçin həbsi ilə əlaqədar ABŞ dövlət katibi Entoni Blinken Rusiyada yaşayan ABŞ vətəndaşlarını dərhal oranı tərk etməyə, oraya gedənləri isə bu cür planlardan əl çəkməyə çağırıb.