Moskvanın Lefortovo Məhkəməsi Yekaterinburqda casusluqda şübhəli bilinərək saxlanılan “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçi həbs edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Jurnalist zala gətirilib, lakin jurnalistlərə onun şəklini çəkməyə imkan verilməyib.
Qeyd edək ki, bu maddə ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin "casusluq" maddəsi 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutulur.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, ABŞ vətəndaşı Qerşkoviç “Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında” dövlət sirri təşkil edən məlumat toplayıb.