Yunanıstanın müdafiə naziri Türkiyəyə səfər edəcək

16:41 - 30 Mart 2023 - DÜNYA

Yunanıstanın milli müdafiə naziri Nikos Panagiotopoulos türkiyəli həmkarı Hulusi Akarın dəvəti ilə aprelin 4-də Türkiyəyə gələcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Panagiotopoulos Akar ilə danışıqlar aparacaq, həmçinin fevral ayında baş verən zəlzələlərdən zərər çəkmiş Hatay vilayətinə də səfər edəcək.

Xəbər xətti