Böyük Britaniya Ukraynaya kaset və ya fosfor sursatları vermir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin Britaniya parlamentinin İcmalar Palatasının deputatı, Şotlandiyanın Alba partiyasını təmsil edən deputatı Kenni MakAskillin dərc olunmuş suallarına yazılı cavablarında deyilir.
Bundan əlavə, Böyük Britaniyanın müdafiə nazirinin müavini Rusiyanın Ukraynada tükənmiş uranı olan sursatdan istifadə etməsi barədə məlumatı olmadığını bildirib.