Rusiya Belarusa yeni raket partiyası göndərib

15:46 - 30 Mart 2023 - DÜNYA

Rusiya hərbçiləri Qomelə yeni raket partiyası gətirib.

Ucnoqta.az xəbər verir ki, şahidlər martın 25-dən 30-dək Qomel hava limanına növbə ilə uçan Rusiya Aerokosmik Qüvvələrinin dörd "An-124 Ruslan" ağır nəqliyyat təyyarəsini qeydə alıblar.

Artıq bu gün, martın 30-da Qomel bölgəsində S-300/400 hava hücumundan müdafiə sistemi üçün dörd raket daşıya bilən, qeydiyyat nişanı olmayan beş yük maşını traktorundan ibarət hərbi texnika karvanı görünüb.

Hadisə şahidlərinin sözlərinə görə, karvan Belarusun yol polisinin tərkibində Zyabrovka aerodromu istiqamətində hərəkət edirmiş. Bu aerodromda Rusiya hərbçiləri, həmçinin S-300/400 hava hücumundan müdafiə sistemi var.

Xəbər xətti