İsrail Hərbi Hava Qüvvələri Dəməşq yaxınlığındakı İran obyektlərinə zərbələr endirib
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, martın 30-da İsrailin Dəməşq (Suriya) yaxınlığındakı İranla əlaqəli hərbi obyektlərə raket zərbəsi endirib.
İsrail Hərbi Hava Qüvvələri Colan təpələrindən “bir neçə raket” atıb. Suriyanın hava hücumundan müdafiə qüvvələri onlardan yalnız bir neçəsini vura bilib.