ABŞ-ın iki hərbi helikopteri Kentukki ştatındakı Fort Kempbell hərbi bazasında təlim zamanı səmada toqquşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərbi bazanın məlumatında deyilir.
Məlumata görə, Kentukki ştatının Trigg dairəsində 101-ci Hava Desant Diviziyasının iki helikopteri qəzaya uğrayıb. İki "HH60 Black Hawk" vertolyotları təlim zamanı toqquşub.
Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.