ABŞ prezidenti Co Bayden ABŞ-a qarşı kiberhücumlara görə fövqəladə vəziyyət və sanksiyaları, o cümlədən Rusiyaya qarşı bir il müddətinə uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden kiberməkandan istifadə edən bu əhəmiyyətli zərərli fəaliyyətlərin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam etdiyini bildirib.
Bu məhdudiyyətlər 2023-cü il aprelin 1-dən sonra qüvvəyə minəcək.