Bayden Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

05:24 - 30 Mart 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden ABŞ-a qarşı kiberhücumlara görə fövqəladə vəziyyət və sanksiyaları, o cümlədən Rusiyaya qarşı bir il müddətinə uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden kiberməkandan istifadə edən bu əhəmiyyətli zərərli fəaliyyətlərin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam etdiyini bildirib.

Bu məhdudiyyətlər 2023-cü il aprelin 1-dən sonra qüvvəyə minəcək.

Xəbər xətti