Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə ilk insanda quş qripinə yoluxma faktını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “La Tercera” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, xəstəlik 53 yaşlı kişidə aşkarlanıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.
Kişinin virusa necə və harada yoluxduğu barədə məlumat vermir.
Qeyd edək ki, quş qripi əsasən quşlarda yaygındır, lakin bəzən insanlara da keçir.