Roma Papası Fransisk Romada xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Corriere della Sera yazır.
Məlumata görə, katolik kilsəsinin rəhbəri ürək problemləri və tənəffüs çatışmazlığı səbəbindən təcili yardım maşını ilə Gemelli xəstəxanasına aparılıb. Müqəddəs Taxt-Tacın mətbuat xidməti bu məlumatı təkzib edərək bildirib ki, pontifik adi müayinə üçün xəstəxanaya gedib.
Roma Papası Fransiskin 86 yaşı var. Gəncliyində pontifik tənəffüs yoluxucu xəstəlik səbəbindən ağciyərinin bir hissəsini itirib.
2021-ci ildə o, sigmoid bağırsağın divertikulyar xəstəliyi səbəbindən elektiv əməliyyat keçirib.