Braziliya prezidenti Luiz İnasiu Lula da Silva aprelin 11-də Çinə səfər edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Globo telekanalı məlumat yayıb.
Qeyd olunduğu kimi, prezident onunla Çinə səfər edəcək Federal Senatın rəhbəri Rodriqo Paşeku ilə görüş keçirib.
Əvvəlcə Braziliya liderinin Çinə səfəri bu həftəyə planlaşdırılsa da, Lula da Silvada viral pnevmoniyanın yüngül formasının aşkarlanması səbəbindən təxirə salınıb.