Ukrayna artıq Slovakiyanın verdiyi MiQ-29-dan istifadə edir
Ucnoqta.az xəbər verir ki, Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk Slovakiya parlamentində çıxışı zamanı bildirib ki, Ukrayna artıq Slovakiya tərəfinin verdiyi MiQ-29 qırıcılarından istifadə edir.
“Xarkov səması artıq Slovakiyanın Ukraynaya təhvil verdiyi dörd qırıcı təyyarə ilə qorunur”, - Kondratyuk bildirib.