ABŞ prezidenti Co Bayden digər ölkələrdə mediaya və "demokratik islahatlara" dəstək üçün 690 milyon dollar ayıracaq
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ administrasiyasının nümayəndəsi bu həftə virtual formatda keçirilən bu foruma həsr olunmuş jurnalistlər üçün brifinqdə bildirib. ABŞ prezidenti Co Bayden Vaşinqtonun təşkil etdiyi ikinci “Demokratiya Sammiti”ndə bir sıra proqramlar üçün 690 milyon dollar ayrılacağını elan edəcək.
Administrasiya rəsmisi xatırlatdıb kimi, 2021-ci ilin dekabrında keçirilən ilk belə sammitdə Bayden təxminən 400 milyon dollar ayırmışdı.