Aparıcı Rövşanə Ağasəfqızı Əməkdar artist Nigar Şabanovanın onun ünvanına dediyi sözlərə cavab verib.
Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, aparıcısı olduğu "Space səhər" verilişində bunla bağlı söz açan Rövşanə bunu önəmli hadisə hesab etmədiyini deyib:
"Adi bir söhbət idi. Hər bir insanın fikrini söyləməsi normaldır. Jurnalistin sual vermək hüququ var. Buna görə onu kimsə qınaya bilməz. Mən sual verirəm, sənin susmaq hüququn var. Efirdə müxtəlif mübahisə yaşana bilər. Hər bir insanın fikrinə hörmət edən birisiyəm. Efirdə baş verən hadisə, qarşılıqlı fikir mübadiləsinə efirdən sonra reaksiya vermirəm. Efirdə baş verdi və bitdi. Zəng edib açıqlama istəyirlər, deyirəm, nə böyük hadisədir? Bundan sorna gündəmə gəlmək üçün çalışanlar, sizə cavab vermək istəmirəm. Cavab vermək həvəsim yoxdur. Jurnalistəm, toy aparıcısı, müğənni deyiləm. Jurnalistikanı bitirmişəm, universitetdə dərs demişəm, sizinlə bölüşəcək bir şeyim yoxdur: nə xınayaxdı, nə ər, nə kişi bölüşəcək deyiləm. Sizi öpürəm, bağrıma basıram. Mənim verilişimdən istifadə edib gündəm olursunuzsa, halal edirəm. Allah bazarınızı bol etsin".