İspaniya 6 "Leopard" tankını Ukraynaya verə bilər

11:43 - 29 Mart 2023 - DÜNYA

İspaniya ilk altı "Leopard" tankını aprelin 9-da katoliklər tərəfindən qeyd olunan "Pasxadan dərhal sonra" Kiyevə təhvil verə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniya hökumətindəki mənbəyə istinadən El Pais məlumat yayıb.

Ukrayna tərəfinə silah tədarükünün dəqiq vaxtı hələlik açıqlanmayıb.

Martın 23-də İspaniya Müdafiə Nazirliyinə məlumat verilib ki, əvvəllər vəd edilmiş 6 "Leopard" döyüş tankı bu həftənin sonunda Ukraynaya çatdırılacaq.

“İspaniya Pasxa bayramından dərhal sonra Ukraynaya altı Leopard A4 tankı göndərəcək”, – nəşr rəsmilərə istinad edir.

Döyüş sertifikatı alındıqdan sonra onlar dəniz yolu ilə Polşaya aparılacaq. Oradan hərbi texnika Kiyevə çatdırılacaq.

Xəbər xətti