Belqorodda PUA yanacaqdoldurma məntəqəsinə hücum edib

11:06 - 29 Mart 2023 - DÜNYA

Pilotsuz uçan aparat (PUA) Belqorodda qaz nasos stansiyasına hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baza Telegram kanalında məlumat verilib.

PUA əldəqayırma partlayıcı qurğu ilə təchiz edilib.

“Ehtimallara görə, pilotsuz təyyarə Xarkov vilayətinin Volçansk şəhərindən (Rusiya-Ukrayna sərhədindən 6,5 km aralıda) buraxılıb”, - nəşr yazır.

Partlayıcı qurğunun parçaları 30 min litr tutumlu boş qaz çənini zədələyib.

Həmçinin, qaz xəttinin özü də zədələnib. Hadisə nəticəsində ölən olmayıb.

Xəbər xətti