Zelenski Çin liderini Ukraynaya səfərə dəvət edib

10:29 - 29 Mart 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Çin prezidenti Si Cinpini qəbul etməyə hazır olduğunu açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Associated Press-ə müsahibəsində bildirib.

“Biz onu burada görməyə hazırıq. Mən onunla danışmaq istəyirəm. Amma bütün il ərzində, bir ildən çox müddət ərzində mənim Si Cinping ilə heç bir əlaqəm olmayıb”, - o deyib.

Məlumata görə, Ukrayna lideri artıq Si Cinpinə dəvət göndərib.

Xəbər xətti