"Aşk-ı Memnu" serialında "Bülənt" obrazı ilə tanınan türkiyəli aktyor Batuhan Karacakaya haqqında yeni iddia ortaya çıxıb.
Ucnoqta.az xəbər verir ki, B.Karacakayanın keçmiş sevgilisi Ayşə Aslan şiddətə məruz qaldığını iddia edib. Ayşe Aslan sosial media hesabında paylaşdığı paylaşımla keçmiş sevgilisi Batuhan Karacakayaya qarşı məhkəmə iddiası açdığını açıqlayıb.
“Keçmiş sevgilim Batuhan Karacakaya qarşı bu çətin məsələ ilə bağlı şikayət etmişəm. Mən prosesdən keçdim və döyüldüyümə dair əlimdə olan bütün sübutları dosyeyə təqdim etdim.Vəkilim mənə qarşı edilən bütün təhqirlər və əsassız hadisələrlə bağlı cinayət işi açacaq" - deyə yazıb.
Batuhan Karacakaya isə bu iddiaları təkzib edib.