Əfqanıstanda 4,3 bal gücündə zəlzələ baş verib

10:03 - 29 Mart 2023 - DÜNYA

Əfqanıstanın şərqində 4,3 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e Subh Daily” qəzeti seysmoloqlara istinadən məlumat yayıb.

Əfqanıstan Milli Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ səhər saat 05:49-da baş verib. Mənbə Kabildən 10 km şərqdə dərinlikdə yerləşirdi.

Yeraltı təkanlar paytaxtda hiss olunub.

Xəbər xətti