Alabama ştatının Huntsville şəhərində cinayətkar ilə atışmada bir polis məmuru öldürülüb, digərinin vəziyyəti ağırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC televiziya şirkəti məlumat yayıb.
Məlumata görə, bir polis aldığı yaradan xəstəxanada ölüb, həmkarı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə yerində olan qadın da yaralanıb.
“Mənzildə barrikada quran” şübhəli gələn polis əməkdaşlarına atəş açıb. Cinayətkar həbs edilib.